Xilasedicilər itən gəminin heyət üzvləri sahildə də axtarılacaqlar


Digərləri 25 Yan 2018 13:37:00 279 0

Xilasedicilər itən gəminin heyət üzvləri sahildə də axtarılacaqlar

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Uzaq Şərq Regional axtarış-xilasetmə bölməsinin xilasediciləri itən "Vostok" gəmisinin ekipaj üzvlərinin sahil zolağında axtarışı ehtimalını istisna etmirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bölmənin mətbuat katibi Yelena Çuvaşova bildirib ki, sahillə qəza siqnalının işə düşdüyü yer arasında yüzlərlə kilometr məsafə olduğunu unutmaq olmaz: "Dənizçiləri sahildə tapmaq ehtimalı elə də böyük deyil, hələ belə qərar qəbul edilməyib. Bununla belə, xilasedicilər sahildə axtarışı istisna etmirlər".

O əlavə edib ki, Primoryenin cənub sahili buxta və körfəzlərə görə çox girintili-çıxıntılıdır və yüzlərlə km boyunca uzanır: "Həmçinin buzlaq sahələr sahildə axtarışı çətinləşdirəcək".

Qeyd edək ki, Saxalində "Vostok" balıqçı gəmisinin itməsi ilə əlaqədar cinayət işi açılıb.

Təhqiqat RF Cinayət Məcəlləsinini 236-cı maddəsinin 3-cü bəndi üzrə (Dəniz nəqliyyatının hərəkəti və istismarı üzrə təhlükəsizlik qaydalarının pozulması - ehtiyatsızlıqdan 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) aparılır.