Azərbaycanda avtobuslar üçün yeni tələblər qüvvəyə mindi


Digərləri 03 Yan 2026 11:04:00 88 0

Azərbaycanda avtobuslar üçün yeni tələblər qüvvəyə mindi

"Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələblər" təsdiq edilib.

Son.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin bununla bağlı müvafiq Qərarı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.

Qərara əsasən, bu tələblər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə (bundan sonra - avtomobil nəqliyyatı vasitələri) dair tələbləri müəyyən edəcək.

Avtomobil nəqliyyatı vasitələri aşağıdakı tələblərə cavab verməlidir.

konstruksiya, qurğu və avadanlıqlar üzrə:

"AYNA" informasiya sisteminə inteqrasiya edilən və real vaxt rejimində məlumat mübadiləsi aparan aşağıdakı qurğu və avadanlıqlarla təchiz edilməlidir: qlobal mövqetəyinetmə sistemi (GPS); gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş ödəniş aləti; bort avadanlığı (avtomobil nəqliyyatı vasitələrinin daxilində quraşdırılmaqla, onların hərəkətini, idarə edilməsini, sərnişinlərin daşınmasını və gediş haqqının ödənilməsini monitorinq edərək mərkəzi dispetçer sisteminə ötürən qurğu); sərnişin sayğacı (avtomobil nəqliyyatı vasitələrinə minən və düşən sərnişinlərin avtomatik sayılmasını həyata keçirən qurğu). sıxılmış təbii qazla işləyən mühərriklə və dizel mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1.000.000 km-dən, elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi

1.200.000 km-dən artıq olmamalıdır;

dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddətin keçməməlidir; elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin təkrar doldurula bilən və ya əvəz oluna bilən batareyalarla təmin olunmalıdır;

avtomobil nəqliyyatı vasitələrinin konstruksiyasında banın aşağı döşəməli (şəhərətrafı və qəsəbələrarası müntəzəm marşrutlarda avtomobil yollarının faktiki vəziyyəti aşağı döşəməli avtobusların istismarına imkan vermədiyi hallar istisna olmaqla), eləcə də banın səthinin əlilliyi olan şəxslərin təkərli oturacaqlarının və uşaq arabalarının rahat hərəkətinin təmin edilməsi üçün hamar olmalıdır;

əlilliyi olan şəxslərin təkərli oturacaqlarının və uşaq arabalarının avtomobil nəqliyyatı vasitələrinə daxil olması üçün mexaniki və ya avtomatik üsulla açılan pandusun olmalıdır (şəhərətrafı və qəsəbələrarası müntəzəm marşrutlarda istismarı olunan hündür döşəməli avtomobil nəqliyyatı vasitələri istisna olmaqla);

ikinci sərnişin qapısının xarici hissəsində və əlilliyi olan şəxslərin təkərli oturacaqları üçün xüsusi işarələnmiş yerlərdə sürücüyə məlumat vermək üçün düymənin olması, habelə təhlükəsizliyi təmin etmək üçün həmin xüsusi işarələnmiş yerlərdə yumşaq materialdan arxalığın quraşdırılması və təkərli oturacaqların sabitlənməsi üçün qoşalaşmış təhlükəsizlik kəməri olmalıdır;

salonun içərisində görmə və eşitmə pozuntusu (məhdudiyyəti) olan şəxslərin növbəti dayanacaq məntəqəsi barədə məlumatlandırılması üçün monitor və səs sistemi olmalıdır;

sıxılmış təbii qazla işləyən mühərriklə və elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələri üçün yanğınsöndürmə sisteminin avtomatik olaraq aktivləşdirilməsi funksiyasının, habelə işıq və səs ilə müşayiət olun "yanğın xəbərdarlığı" sistemi olmalıdır;

sıxılmış təbii qazla işləyən mühərriklə və elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin texniki vəziyyəti barədə məlumatın bort avadanlığına real vaxt rejimində ötürülməsini təmin edən sistemi olmalıdır;

sürücünün sərnişin qapılarının vəziyyəti haqqında məlumatlandırılması sisteminin və qapılara ən yaxın tutacaqlarda düşmə düyməsinin olması, habelə düşmə düyməsi basılan zaman sürücü panelindəki həmin qapını göstərən düymə yanıb-sönməli və qapı açılana qədər səs siqnalı verməlidir;

sərnişin qapılarının sıxılmaya qarşı həssaslıq sensorları ilə təchiz edilməlidir;

avtomobil nəqliyyatı vasitələrinin daxilində və xaricində qəza vəziyyətində hər bir sərnişin qapısının açılması üçün quraşdırılan qəza açarı olmalı, habelə qəza vəziyyətində qapıların əl ilə açılması mümkün olmalıdır. normativ hüquqi aktlar üzrə:

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində qeyd edilən tələblərə; Azərbaycan Respublikasının 2002-ci il 12 fevral tarixli 261-IIQ nömrəli Qanunu ilə qoşulduğu "Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında Müqavilə"nin tələblərinə uyğun olaraq müəyyən edilmiş M2 və M3 kateqoriyasına və birinci sinifə (avtomobil nəqliyyatı vasitələrinin konstruksiyasında sərnişinlərin ayaq üstə dayanması və sərbəst hərəkəti üçün yerlərin nəzərdə tutulması) aid olması ilə bağlı tələblərə;

"Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 sentyabr tarixli 497 nömrəli Fərmanının 2.3-cü bəndində qeyd edilən tələblərə;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"ə;

Məlumat üçün bildirək ki, qərar 2025-ci il oktyabrın 30-da qəbul edilib, noyabrın 6-da Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.

"Temu"  Azərbaycan milli dəyərlərinə hörmətsizlik edir like
  • 03 Yan 10:52  
Digərləri "Temu" Azərbaycan milli dəyərlərinə hörmətsizlik edir

Son günlər Azərbaycanda ictimaiyyət "Temu" onlayn alış-veriş pl

arrow Ətraflı
Bu bürclər Yeni ildə gözlənilməz pul tapacaq like
  • 03 Yan 10:44  
Digərləri Bu bürclər Yeni ildə gözlənilməz pul tapacaq

Bəzi bürclər digərləri ilə müqayisədə gizli pul tapmaq baxımından dah

arrow Ətraflı
"Turbo.az”ın sahibinin sərvəti açıqlandı like
  • 03 Yan 10:06  
Digərləri "Turbo.az”ın sahibinin sərvəti açıqlandı

"Blumberq" agentliyinin məlumatına görə, Azərbaycanda internet is

arrow Ətraflı
Xalça Muzeyinin şöbə müdiri vəfat etdi like
  • 03 Yan 09:52  
Digərləri Xalça Muzeyinin şöbə müdiri vəfat etdi

Azərbaycan Milli Xalça Muzeyinin kollektivinə ağır itki üz verib.

arrow Ətraflı
İran şoku: dövlət son onilliklərin ən mürəkkəb böhran tələsində like
  • 03 Yan 09:50  
Digərləri İran şoku: dövlət son onilliklərin ən mürəkkəb böhran tələsində

İndiki İran etiraz dalğası hansı dərəcədə növbəti sosial-iqtisadi nar

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 03 Yan 09:35  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Bingöl əyalətində zəif intensivli zəlzələ baş verib.

arrow Ətraflı
Tesla taxtdan endi: Elektromobil bazarında yeni lider BYDdir like
  • 03 Yan 09:27  
Digərləri Tesla taxtdan endi: Elektromobil bazarında yeni lider BYDdir

Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi Tesla şirkəti 2025-ci il

arrow Ətraflı
Gəncədə birbirinaə bitişik üç evdə yanğın baş verib like
  • 03 Yan 09:11  
Digərləri Gəncədə birbirinaə bitişik üç evdə yanğın baş verib

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.

arrow Ətraflı
Yodla zəngin feyxoa möcüzəsi  Zobun, prostatın dərmandır like
  • 03 Yan 08:09  
Digərləri Yodla zəngin feyxoa möcüzəsi Zobun, prostatın dərmandır

Vətəni Braziliya olan feyxoa bədənimiz üçün təbii dərman rolunu oynayı

arrow Ətraflı
Təzyiqi salır, qanı duruldur: həkimlərin tövsiyə etdiyi sadə göyərti like
  • 03 Yan 07:07  
Digərləri Təzyiqi salır, qanı duruldur: həkimlərin tövsiyə etdiyi sadə göyərti

Təzə göyərtilər vitamin, mineral və antioksidantlarla zəngin olduğu üç

arrow Ətraflı
Alüminium qablarda bişirilən yeməklər nə qədər təhlükəsizdir? like
  • 03 Yan 06:06  
Digərləri Alüminium qablarda bişirilən yeməklər nə qədər təhlükəsizdir?

Mütəxəssislər xəbərdarlıq edir ki, alüminium qablardan istifadə bəzi h

arrow Ətraflı
Söyüşün faydası var imiş  Elm təsdiqlədi like
  • 03 Yan 05:05  
Digərləri Söyüşün faydası var imiş Elm təsdiqlədi

Yeni elmi araşdırma göstərir ki, söyüş işlətmək təkcə emosiyaların

arrow Ətraflı
İsti çay həqiqətən isidirmi?  Həkimdən maraqlı açıqlama like
  • 03 Yan 04:04  
Digərləri İsti çay həqiqətən isidirmi? Həkimdən maraqlı açıqlama

Mütəxəssislər soyuq havalarda isti içkilərin orqanizmə təsiri ilə bağl

arrow Ətraflı
Beyində ilişib qalan melodiyalar düşündüyünüz qədər günahsız olmaya bilər like
  • 03 Yan 03:03  
Digərləri Beyində ilişib qalan melodiyalar düşündüyünüz qədər günahsız olmaya bilər

Bir mahnını gün boyu istəmədən zümzümə etmək bir çox insan üçün ad

arrow Ətraflı
Gülmək ürəyi qoruyur: alimlərdən maraqlı açıqlama like
  • 03 Yan 02:02  
Digərləri Gülmək ürəyi qoruyur: alimlərdən maraqlı açıqlama

Mütəxəssislərin fikrincə, gülüş ürək sağlamlığı üçün gözlənil

arrow Ətraflı