Tesla taxtdan endi: Elektromobil bazarında yeni lider BYDdir
Digərləri 03 Yan 2026 09:27:00 76 0
Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi Tesla şirkəti 2025-ci ildə qlobal elektromobil satışlarında lider mövqeyini itirib. Şirkət bu göstəricidə ilk dəfə olaraq Çin istehsalçısı BYD-nin gerisində qalıb.
Bu xəbəri də oxu: Çinlilər səhvlərini etiraf etdi Yeni maşınlarda bu mexanizmin istifadəsi qadağan edilir
Son.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi xəbər yayıb. Bildirilir ki, Tesla-nın elektromobil tədarük həcmi ardıcıl ikinci il azalma göstərib və ötən il bu geriləmə təxminən 9 faiz təşkil edib. Eyni dövrdə BYD satışlarını artıq beşinci rüb ardıcıl artırmağa nail olub.
Mütəxəssislər Tesla-nın çətinliklərini əsasən Model Y avtomobilinin yenilənməsi ilə əlaqələndirir. Bu proses zavodlarda istehsalın yenidən qurulmasını tələb edib və tədarük zəncirinə mənfi təsir göstərib. Bununla yanaşı, BYD daha geniş model xəttinə sahibdir və bazara daha çox əlçatan qiymətli elektromobillər təqdim edir. Çin şirkətinin modellərinin böyük hissəsi Tesla-nın ən çox satılan Model Y və Model 3 avtomobillərindən xeyli ucuzdur.
Bloomberg-in qiymətləndirməsinə əsasən, Tesla-nın fəaliyyətinə İlon Maskın siyasi aktivliyi də mənfi təsir göstərib. Onun Respublikaçılar Partiyasına və ABŞ Prezidenti Donald Trampa yaxınlığı, eləcə də ABŞ Hökumətinin Səmərəliliyi İdarəsində (DOGE) rolu şirkətin imicinə və satışlarına təsirsiz ötüşməyib.
Qeyd olunur ki, BYD hazırda ABŞ bazarında fəaliyyət göstərmir, lakin yüksək rəqabətli Çin avtomobil bazarında mövqeyini gücləndirərək qlobal liderliyə yüksəlməyi bacarıb.
Kənan Son.az
Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.
Vətəni Braziliya olan feyxoa bədənimiz üçün təbii dərman rolunu oynayı
Təzə göyərtilər vitamin, mineral və antioksidantlarla zəngin olduğu üç
Mütəxəssislər xəbərdarlıq edir ki, alüminium qablardan istifadə bəzi h
Yeni elmi araşdırma göstərir ki, söyüş işlətmək təkcə emosiyaların
Mütəxəssislər soyuq havalarda isti içkilərin orqanizmə təsiri ilə bağl
Bir mahnını gün boyu istəmədən zümzümə etmək bir çox insan üçün ad
Mütəxəssislərin fikrincə, gülüş ürək sağlamlığı üçün gözlənil
Alimlər kvant fizikasının ən mühüm qanunlarından birində illərdir mövc
"Blumberq" agentliyinin məlumatına görə, Azərbaycanda internet is
Yanvarın 3-də bürclər daha çox daxili aləmlərinə qapanaraq emosional eht
"Hər şey yanğının şampan şüşələrinə bərkidilmiş yanan şamlar
Kiril Budanov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ
Qar adamı düzəltmək bir saat ərzində 300 kaloriyə qədər enerji yandırm
Meksika Prezidenti Klaudia Şeynbaumun mətbuat konfransı zamanı zəlzələ ba
