Gülmək ürəyi qoruyur: alimlərdən maraqlı açıqlama
Digərləri 03 Yan 2026 02:02:00 73 0
Mütəxəssislərin fikrincə, gülüş ürək sağlamlığı üçün gözlənildiyindən daha böyük əhəmiyyət daşıyır. Kardioloqlar bildirirlər ki, müntəzəm gülmək ürəyin fəaliyyətini dəstəkləyir və ürək-damar xəstəlikləri riskinin azalmasına kömək edir.
Bu xəbəri də oxu: Son günlər kiberdələduzluq halları artıb DİN
Son.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, gülüş zamanı orqanizmdə "xoşbəxtlik hormonları" kimi tanınan endorfinlər ifraz olunur. Bu proses azot oksidinin sintezini artırır. Azot oksidi isə qan damarlarının genişlənməsinə şərait yaradır, qan axınını yaxşılaşdırır və nəticədə arterial təzyiqin azalmasına səbəb olur. Eyni zamanda iltihabi proseslər zəifləyir, "pis" xolesterinin səviyyəsi aşağı düşür və infarkt riski azalır.
Gülüşün sağlamlığa təsirini araşdıran elmi istiqamət gelotologiya adlanır. Bu sahə ötən əsrin ortalarından etibarən elmi maraq doğurur. Aparılan tədqiqatlar sübut edir ki, gülüş yalnız ürək-damar sistemi üçün deyil, həm də immun sisteminin güclənməsi baxımından faydalıdır və qoruyucu hüceyrələrin sayını artırır.
Amerikalı kardioloq Maykl Miller qeyd edir ki, hətta məqsədli şəkildə edilən, yəni süni gülüş belə orqanizm üçün müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, süni gülüş zamanı da təbii gülüşdə olduğu kimi oxşar əzələ və tənəffüs mexanizmləri aktivləşir. Bu səbəbdən hər iki halda bədənin verdiyi fizioloji reaksiya böyük ölçüdə eyni olur.
Kənan Son.az
Alimlər kvant fizikasının ən mühüm qanunlarından birində illərdir mövc
"Blumberq" agentliyinin məlumatına görə, Azərbaycanda internet is
Yanvarın 3-də bürclər daha çox daxili aləmlərinə qapanaraq emosional eht
"Hər şey yanğının şampan şüşələrinə bərkidilmiş yanan şamlar
Kiril Budanov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ
Qar adamı düzəltmək bir saat ərzində 300 kaloriyə qədər enerji yandırm
Meksika Prezidenti Klaudia Şeynbaumun mətbuat konfransı zamanı zəlzələ ba
Çin avtomobillərində gizli qapı dəstəklərinin istifadəsi ilə bağlı t�
Qlobal iqtisadiyyatda müşahidə olunan qeyri-sabitlik və 2026-cı ilə dair m
Yeni il süfrələrindən sonra yaranan qəbizlik probleminin əsas səbəbləri
Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin şərqindəki Seyun
"Qışda çöldə spirtli içki qəbul etmək bədənin həddindən artıq
Ancelina Coli Qəzzadakı humanitar böhranla bağlı dünyaya çağırış edib
İranda etirazçılara pulemyotlardan atəş açılıb.
Qarlı və şaxtalı hava şəraitinin hökm sürdüyü günlərdə valideynlər
