Bu dəfə 10 gün sürə bilər İstanbul və Bursada reyslər təxirə salındı


Dünya 25 Yan 2018 10:41:00 260 0

Bu dəfə 10 gün sürə bilər  İstanbul və Bursada reyslər təxirə salındı

İstanbulda yenə dəniz reysləri təxirə salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin Dəniz Nəqliyyatı İdarəsi belə bir qərarın qəbul edilməsini hazırda İstanbulda hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqələndirib.

Qeyd edək ki, bu gün İstanbulda yağışla müşayiət olunan güclü külək əsir. Sinoptiklərin proqnozlarına görə, qeyri-sabit hava şəraiti İstanbul akvatoriyasında hələ təxminən 10 gün davam edəcək.

İdarədən verilən məlumata görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar Bursada da dəniz reysləri təxirə salınıb.