Satıcı robot bir həftədən sonra işdən çıxarıldı


Digərləri 25 Yan 2018 08:41:00 292 0

Satıcı robot bir həftədən sonra işdən çıxarıldı

Edinburq şəhərindəki "Margiotta Food & Wine" ərzaq mağazasına xidmətə götürülmüş "Fabio" ləqəbli Yaponiyanın "Pepper" robotu satıcı vəzifəsini yerinə yetirə bilməyib. 

Son.az lent.az-a istinadən bildirir ki, quraşdırılmasından bir həftə sonra robotu ticarət zalından yığışdırıblar. Onun fəaliyyəti mağazanın rəhbərliyini razı salmayıb.   "Fabio" öz məhdud imkanları sayəsində alıcıların tələbatını yerinə yetirə, bu və ya digər məhsulun harada yerləşdiyini ətraflı olaraq izah edə bilməyib. Üstəlik, yersiz zarafatlar da edib. Məhz belə zarafatlarına görə mağazanın sahibi Franko Margiotta onu işdən azad edib.