Bakıda işıqforun qırmızı işığında keçən maşın digər avtomobillə toqquşub FOTO


Digərləri 25 Yan 2018 08:43:00 351 0

Bakıda işıqforun qırmızı işığında keçən maşın digər avtomobillə toqquşub  FOTO

Nəticədə 1 nəfər xəsarət alıb

Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığında keçən avtomobil qəza törədib.

Son.az "Report"a istinadən bildirir ki, "90-AR-681" dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobili idarə edən 1990-ci il təvəllüdlü Novruzəliyev Abdulkərim Müzəffər oğlu Cəlil Məmmədquluzadə küçəsi ilə hərəkətdə olarkən, işıqforun qırmızı işığında keçib.

Nəticədə o, Bakıxanov küçəsində hərəkətdə olan "Audi" markalı avtomobilə çırpılıb. Qəza zamanı A.Novruzəliyev ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hər iki avtomobil deformasiyaya uğrayıb.


Xəbərə aid fotolar