Türkiyə və Rusiya XİN-i Suriya milli dialoqu konqresinə hazırlığı müzakirə edib


Dünya 24 Yan 2018 21:44:34 462 0

Türkiyə və Rusiya XİN-i Suriya milli dialoqu konqresinə hazırlığı müzakirə edib

Müzakirələr Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında aparılıb

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu Soçidə keçiriləcək Suriya milli dialoqu konqresinə hazırlığın gedişatını müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın xarici siyasət idarəsi məlumat yayıb.

Telefon söhbəti zamanı bu tədbirin uğurlu keçirilməsinin təmin edilməsi üçün əlavə birgə addımların atılması şərtləşdirilib.

Bildirilir ki, telefon danışığı Ankaranın təşəbüsü ilə baş tutub.