Çavuşoğlu: "ABŞ Türkiyəyə Suriyada təhlükəsizlik zonası yaratmağı təklif edib"


Dünya 24 Yan 2018 19:41:00 319 0

Çavuşoğlu: "ABŞ Türkiyəyə Suriyada təhlükəsizlik zonası yaratmağı təklif edib"

"ABŞ-ın Dövlət katibi Reks Tillerson Türkiyəyə Suriya ilə sərhəddə təhlükəsizlik zonasının yaradılmasını təklif edib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir deyib ki, R.Tillerson təhlükəsizlik zonasının 30 kilometrədək çata biləcəyini qeyd edib.