"Trampın bu siyasəti ABŞın özünə ziyan vuracaq"


Dünya 24 Yan 2018 15:45:00 307 0

"Trampın bu siyasəti ABŞın özünə ziyan vuracaq"

ABŞ hakimiyyətinin beynəlxalq ticarət sahəsində proteksionizm siyasəti bütün ölkələrə zərər verə bilər, lakin bundan daha çox Birləşmiş Ştatların özü ziyan görəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Kolumbiya prezidenti Xuan Manuel Santos Davosda Dünya İqtisadi Forumu zamanı CNBC-yə müsahibəsində deyib.

X.M.Santos düzgün və azad ticarətin tərəfdarı olduğunu bildirib: "Proteksionizm hamıya, xüsusilə də Birləşmiş Ştatlara zərər vuracaq. Ümumilikdə isə Kolumbiya ABŞ-la mənfi ticarət balansı olan ölkələrdən deyil, buna görə də özünü təhlükəli vəziyyətdə hiss etmir".