Tramp Davosda nəyi müzakirə edəcək?


Dünya 24 Yan 2018 08:59:00 251 0

Tramp Davosda nəyi müzakirə edəcək?

ABŞ prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumu çərçivəsində Şimali Koreya, İran, terrorçuluqla mübarizə məsələlərini müzakirə edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster bildirib.

H.Makmaste bildirib: "Prezident Davosdakı vaxtı bəzi milli təhlükəsizlik məsələlərini, o cümlədən Koreya yarımadasının denuklearizasiyası üzrə beynəlxalq səyləri, bizim İŞİD ilə mübarizə koalisiyamızı müzakirə etməyə sərf edəcək".