"Zeytun budağı" əməliyyatı çərçivəsində 260 terrorçu məhv edilib


Dünya 24 Yan 2018 08:22:00 251 0

"Zeytun budağı" əməliyyatı çərçivəsində 260 terrorçu məhv edilib

Türkiyə Hərbi Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində indiyədək azı 260 terrorçu məhv edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş Qərargahının bəyanatında bildirilir.

Bəyantda deyilir: "Əməliyyat başlayandan azı 260 PYD/YPG və İŞİD terror qruplaşmalarının üzvləri məhv edilib. Əməliyyat plana uyğun olaraq davam edir".