"Zeytun Budağı" əməliyyatının


Dünya 23 Yan 2018 22:03:00 298 0

"Zeytun Budağı" əməliyyatının

Türk Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində terrorçulara qarşı apardığı "Zeytun Budağı" əməliyyatının 4-cü günündə terror təşkilatı PYD/PKK-nın Afrindəki mövqeləri atəşə tutuldu. Azad Suriya Ordusunun (ASO) birlikləri TSQ-nin dəstəyi ilə Əl Hammam kəndini və ətraf təpələri terrorçulardan təmizlədi.   Son.az TRT Azərbaycan-a istinadən bildirir ki, hərəkat çərçivəsində Kilis-Hatay sərhəd xəttində yerləşən TSQ birlikləri Afrində müəyyən edilən terror təşkilatı mövqelərini səhər saatlarından etibarən fasilələrlə toplarla atəşə tuturlar.   Hataya nəql edilən çox sayda minaatanlar da Suriya sərhədindəki hərbi birliklərə sövq edildi.   ASO birliklərinin dəstəklədiyi TSQ qüvvələri dünən Azez qəsəbəsindən əməliyyata başlayaraq strateji əhəmiyyət daşıyan Burseya dağına nəzarəti ələ keçirmişdi.