Kişiləri sevindirən bu kəşf təsadüfən yaranıb –


Digərləri 23 Yan 2018 22:05:00 346 0

Kişiləri sevindirən bu kəşf təsadüfən yaranıb –

Dünyaya hər hansı bir inqilabi yenilik bəxş etmiş adamlar haqqında düşünəndə bizə elə gəlir ki, , sanki onlar gecə-gündüz hər hansı fiziki qanunlar haqqında baş sındırırmışlar. Ancaq bu fikir bütün kəşflər üçün xarakterik deyil. Bilirsinizmi ki, "Koka-kola"nın yaradıcısı müharibədə yaralandığı üçün özünə ağrıkəsici hazırlamaq istəyirmiş, ancaq  təsadüfən bu içki ortaya çıxıb? Bu materialımız da təsadüfən ortaya çıxmış kəşflər haqqındadır.

Son.az lent.az-a istinadən təsadüfən ortaya çıxmış on kəşfi təqdim edir.

Kartof çipsləri

Çox güman bu kəşf insan qəzəbinin bəşəriyyətin xeyrinə yönəldiyi nadir hallardandır. XIX əsrin ortalarında Nyu-York restoranlarından birində müştəri sifariş verdiyi qızardılmış kartoflar çiy və həddən artıq qalın olduğu üçün geri qaytarır və nəticədə ortaya çips çıxır. Corc Kram adlı şef-aşpaz müştərinin şıltaqlığına görə elə hirslənir ki, acığından onun sifariş verdiyi kartofları bacardıqca nazik doğrayır, ərinmiş yağda qızardır və çoxlu duz səpərək təqdim edir. Və budur! Bütün zamanların ən sevimli və bəlkə də ən zərərli məzəsi doğulur!

"Koka-kola"

Əczaçı Con Pemberton orduda xidmət zamanı yaralanmışdı. Hospitalda olduğu zaman o, şiddətli ağrılardan əziyyət çəkdiyi üçün morfidən istifadə etməyə başlamışdı. Narkotik vasitələrə olan asılılığını azaltmaq üçün Con kokain və şərabla müxtəlif eksperimentlər etməyə başlayır. O, hətta "Pemberton's French Wine Coca" adlı içkinin patentini də əldə edir. Bir müddət keçəndən sonra Pemberton reseptin yaxşılaşdırılması məqsədi ilə kolleqasına müraciət edir. Təcrübələr zamanı şəriklər təsadüfən patentli içki ilə sirop və qazlı suyu qarışdırırlar. Nəticədə ortaya çıxan içki ağlagəlməz dərəcədə dadlı alınır. Pemberton qərara gəlir ki, əldə edilmiş qarışıq soyuducu içki kimi daha çox satılacaq, nəinki dərman kimi.

Viaqra

Bu əhvalatı hamı bilir. Pfizer kompaniyasının əczaçıları ürək-damar xəstəliklərini sağaldan dərmanlar üzərində çalışırlar. Amma kliniki təcrübələr zamanı məlum olur ki, preparat lazımı effekti vermir, əvəzində qəribə yan təsir yaradır. Hazırlıq işlərini bitirdikdən sonra mavi həblər bazara çıxarılır, bununla da kişilər və partnyorlarına seksual münasibətlərdə yenilik qazanmaq imkanı yaradırlar.

İlk kardiostimulyator

Baffalo universitetinin elektrotexnika kafedrasının professoru adi kardioqraf hazırlamaq niyyətində idi. Ancaq sınaq zamanı səhvən qaranlıq rəfdən başqa nominalın elektron detalını götürür. Professor komponenti lazımı yerə lehimləyəndən sonra sxem qəfildən insan ürəkdöyünməsindən fərqlənməyən impulslar verməyə başlayır. Professor dərhal cihazın ölçü və formasının dəyişilməsi ilə məşğul olmağa başlayır ki, onu insan bədənini yerləşdirmək mümkün olsun.

Mikrodalğalı soba

1945-ci ildə Persi Spenser "maqnetron" adlı yeni vakuum lampası üzərində eksperimentlər aparmağa başlayır. O, bu təcrübələri çalışdığı "Rayteon" şirkəti üçün edirdi. Qəfildən köynəyinin cibində qoyduğu şokolad batonu əriməyə başlayır, stolun üstündəki fincana yığılmış qarğıdalı toxumları isə partlamağa başlayır. Spenser əvvəllər məlum olmayan bu effektin potensialını dərhal dərk edir. İki il sonra "Rayteon" kompaniyası ilk mikrodalğalı sobanı satışa buraxır. Onun çəkisi 315 kq, hündürlüyü 165 sm, qiyməti 5 min dollar idi. İlk model istehlakçılar arasında uğur qazanmasa da müasir mikrodalğalı sobalardan bir o qədər fərqlənməyən ikinci buraxılış geniş yayıldı.

Penisillin