"Əməliyyatlarımızda zülm, qan və göz yaşı yoxdur"


Dünya 23 Yan 2018 22:06:00 303 0

"Əməliyyatlarımızda zülm, qan və göz yaşı yoxdur"

Türkiyə Dövlət Aparatı sözçüsü İbrahim Kalın Türkiyə getdiyi əməliyyatlarda heç bir yerdə zülm etmədiyi, qan və göz yaşı tökmədiyini vurğulayıb.  

Son.az TRT Azərbaycan-a istinadən bildirir ki, İ.Kalın paytaxt Ankarada Zeytun Budağı Hərəkatının müzakirə edildiyi və ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyilə keçirilən Təhlükəsizlik Dəyərləndirmə İclasıyla bağlı yazılı bəyanat verib. Bəyanatda deyilir: "Türkiyə bu günə qədər hərbi əməliyyatlarla bağlı getdiyi heç bir yerdə zülm etməyib, qan və göz yaşı tökməyib. Əksinə, ölkəmizin ayaq basdığı hər yerdə insanlar sülh və asayiş içində həyatlarını davam etdirir. Fərat Hərəkatı bölgəsi bunun ən konkret nümunəsidir. Türkiyənin əsas məqsədi sərhədlərinin, vətəndaşların can və mal təhlükəsizliyinin təmin edilməsidir. Suriyanın ərazi bütövlüyünə olan hörmətimiz də bu əməliyyatın əhəmiyyətli əsasları arasındadır. Bu ölkədəki ərəb, türkmən, kürd qardaşlarımızın dinclik, güvən və rifah içindəki bir Suriyada yaşaya bilməsi üçün üzərimizə düşənləri etməyi qonşuluq və qardaşlıq hüququmuz kimi görürük. Zeytun Budağı Əməliyyatı hər hansı etnik qrupa deyil, yalnız terror təşkilatlarına qarşı aparılır. Azad Suriya Ordusu və ona dəstək verən Türkiyə Silahlı Quvvələrin aid birliklər Afrində müəyyən edilən separatçı terror təşkilatına aid hədəfləri məhv edərək irəli gedir. Bölücü terror təşkilatını bölgədən tamamilə təmizləyənə, Suriyanın əsas sahibləri olan və ölkəmizdə yaşayan 3,5 milyona yaxın qardaşımızı evlərinə göndərənə qədər əməliyyatlarımız davam edəcəkdir".