Dişləri ağartmağın asan bir yolu


Digərləri 23 Yan 2018 22:10:00 252 0

Dişləri ağartmağın asan bir yolu

Zamanla saralan dişlərimizin bu görünüşü bizdə narahatlıq yarada bilər. Diş fırçaları və ağartma məhsulları bəzən problemin həllinə yardımçı ola bilmir. Həmçinin ağartma məhsullarının bəziləri dişləri ağartsa da, onlara zərər verir. Dişlər əvvəlki sağlamlığını itirir.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu səbəbdən də diş saralmasına maneə törətmənin və dümağ dişlərə sahib olmanın ən asan yolu ilə tanış olaq:

Çay, qəhvə və siqaretdən saralan dişlərinizin yenidən dümağ olması üçün həftədə bir dəfə, diş fırçasına 1 çay qaşığı karbonat (soda) qoyaraq quru halda yaxşıca fırçalayın və sonra normal diş pastası ilə dişləri fırçalayın. Daha sonra durulayın. Bu üsuldan sonra dişlərinizin dümağ olacağını görəcəksiniz. Həmçinin bu tətbiqlə dişlərdə daşların əmələ gəlməsinə maneə törətdiyinizi müşahidə edəcəksiniz.

Sodanı bir kiçik kasaya qoyub, üzərinə limon və sirkə damcılatmaqla, bu qarışığa fırçanızı batırıb dişlərinizi təmizləyə bilərsiniz. Bu üsul olduqca təsirlidir.