"Beş gündür xınaya gedir, artıq endirim edib" Xatunu tənqid etdilər


Şou-biznes 23 Yan 2018 20:50:00 276 0

"Beş gündür xınaya gedir, artıq endirim edib"  Xatunu tənqid etdilər

Prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində müğənni Xatun Əliyevanın toy qiymətinə endirim etməsi xəbərinə münasibət bildirib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Tolik bildirib ki, bu cür addım müğənnini hörmətdən salır:

"Xalq sizi bəyənirsə, onsuz da çağıracaq. Xatunu efirə bağlamaq istədik, dedi ki, vaxtı yoxdu. Yəqin səhər xına yaxır, vaxtı yoxdu. Müsahibənlə bağlı sual verəcəkdim sənə. İddialı müğənni idin, amma indi sənə nə oldu? Bu, özgüvənin olmamasından irəli gəlir. Nə qədər siz müğənnilər kanallardan imtina edib, özünüzü böyük adam kimi göstərəcəksiniz? 

Siz bura gəlməsəniz də, yayımlanan seriallara baxılacaq, tamaşaçısız qalınmayacaq. Bir müğənni çıxsın desin ki, 360 gün efirə gəlməyəcəm, amma gündəmdə qalacam. Əgər olsa, burada it kimi hürərəm".