2018ci il "Oskar"a namizədlərin ADLARI açıqlandı


Dünya 23 Yan 2018 18:02:00 219 0

2018ci il "Oskar"a namizədlərin ADLARI açıqlandı

ABŞ-ın Los-Anceles şəhərində 2018-ci il "Oskar" kino mükafatları üçün namizədlərin adları açıqlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Ən yaxşı film" nominasiyasına "Məni öz adınla çağır", "Qaranlıq saat", "Dünkerk", "Uzaqlaş", "Ledi Börd", "Görünməz sap", "Məxfi dosye", "Suyun forması", "Ebbinqdə üç billbord" filmləri namizəd olub.

"Ən yaxşı rejissor işi" nominasiyasında Kristofer Nolan (Dünkerk), Pol Tomas Anderson (Görünməz sap), Cordan Pil (Uzaqlaş), Gilyermo del Toro (Suyun forması), Qreta Gerviq (Ledi Börd) namizəd görülüb.

"Ən yaxşı aktyor" nominasiyasında Timoti Şalame (Məni öz adınla çağır), Qari Oldman (Qaranlıq saat), Deniel Dey-Lüis (Görünməz sap), Denzel Vaşinqton (Roman İzrael), Deniel Kaluuya (Uzaqlaş) mübarizə aparacaq.