"Orxana ev vermək istədik, razılaşmadı" İlhamə Quliyevanın bacısı


Şou-biznes 23 Yan 2018 17:26:00 299 0

"Orxana ev vermək istədik, razılaşmadı"  İlhamə Quliyevanın bacısı

Mərhum xalq artisti İlhamə Quliyevanın şərəfinə içki hazırlanması ailəsinin narazıçılığına səbəb olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, mərhumun bacısı Gülbahar Quliyeva "Hər şey daxil"ə açıqlamasında xalq artistinin adının belə şeydə hallanmasını istəmədiklərini deyib:

"Bu nə biabırçılıqdır? Səviyəsiz söhbətlərdir, mən buna görə narahatam. Bu, yubiley münasibətilə hazırlanan bir içki idi. Ona hədiyyə edilmişdi. Bundan bizdə də var. Bacım nə içki içən idi, nə də içki məclisi qururdu".

G.Quliyeva bacısının mahnısını oxuyan ifaçıların onlardan icazə almamasından şikayətlənib.