Sabiq MTN polkovniki məhkəmədə günahsız olduğunu deyib


Digərləri 23 Yan 2018 17:10:00 279 0

Sabiq MTN polkovniki məhkəmədə günahsız olduğunu deyib

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, qapalı keçirilən prosesdə MTN polkovniki Fizuli Əliyev müxtəlif epizodlar üzrə ifadə verib və günahsız olduğunu bildirib. 

Proses yanvarın 25-də davam etdiriləcək.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.