"Azərişıq" AMEAnın işığını kəsib


Digərləri 23 Yan 2018 16:33:00 293 0

"Azərişıq" AMEAnın işığını kəsib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasına elektrik enerjisinin verilişi dayandırılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, binanın elektrik enerjisinin kəsilməsinə səbəb kimi AMEA-nın "Azərişıq" ASC-yə 22 965 manat borcunun olması göstərilir.

"Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev APA-ya verdiyi məlumata görə, artıq yaranmış borc tam ödənilib və AMEA-ya elektrik enerjisinin verilməsi bərpa edilib.