Milli komandamız Karate 1 Premyer Liqa turnirində iştirak edəcək


Digərləri 23 Yan 2018 16:36:00 215 0

Milli komandamız Karate 1 Premyer Liqa turnirində iştirak edəcək

Karate üzrə böyüklərdən ibarət milli komandamız 2018-ci il yarış mövsümünə start verir.

Bakı. Karate üzrə böyüklərdən ibarət milli komandamız 2018-ci il yarış mövsümünə start verir. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, kişi və qadın karateçilər 26-28 yanvar tarixlərində Fransanın paytaxtı Parisdə Karate 1 Premyer Liqa turnirində iştirak edəcək. Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident Fərid Əsgərov və Baş katib MirHəsən Seyidov Fransaya yola düşən rəsmi heyətin tərkibindədir.