Afrində daha bir türk hərbçi həlak oldu


Dünya 23 Yan 2018 16:23:00 314 0

Afrində daha bir türk hərbçi həlak oldu

Türkiyənin daha bir hərbçisi Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı zamanı həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir "Twitter" səhifəsində yazıb ki, ölən türk hərbçilərin qanı yerdə qalmayacaq: "Terrorun kökünü kəsənə qədər mübarizəyə davam edəcəyik".

Qeyd edək ki, "Zeytun budağı" əməliyyatı zamanı yanvarın 22-də də bir türk hərbçi ölüb.