Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 milyon 566 min nəfəri ötüb


Digərləri 23 Yan 2018 15:46:48 209 0

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 milyon 566 min nəfəri ötüb

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 milyon 566 min 745 nəfərə çatıb

Bakı. Ölkəmizdə sığorta-pensiya sisteminin təkmilləşməsinə və əhalinin layiqli pensiya təminatı imkanlarının artırılmasına yönələn islahat tədbirləri işləyən əhalinin bu sistemdə fəal iştirakını və fərdi şəxsi hesabı açılanların sayının mütəmadi artımını da stimullaşdırıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, bu artım tempi ötən il ərzində də davam edib. ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində 2017-ci ildə əlavə olaraq 193 188 nəfər vətəndaşa uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılıb ki, bu da 2016-cı illə müqayisədə 1 434 nəfər çoxdur. Hər bir sığortaolunanın Fondda uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilərək, onlara təqdim edilib. Beləliklə, 2018-ci ilin 1 yanvar tarixinə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 milyon 566 min 745 nəfərə çatıb.