Şoyqu: "Bir sıra Asiya ölkələri S400 sistemləri almaq istəyir"


Dünya 23 Yan 2018 12:25:00 535 0

Şoyqu: "Bir sıra Asiya ölkələri S400 sistemləri almaq istəyir"

Bir sıra Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri Rusiyadan S-400 zenit-raket sistemlərinin alışına maraq göstərir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

O, hazırda müvafiq danışıqların aparıldığını deyib: "Bu gün iki S-400 kompleksi Suriyada Hmeymim və Tartusun hava hücumundan etibarlı müdafiəsini təmin edərək gecə-gündüz növbə çəkir. Taktiki-texniki xüsusiyyətləri baxımından bu unikal komplekslərin dünyada tayı-bərabəri yoxdur. Bunu NATO üzvü olan Türkiyə ilə S-400-lərin tədarükü üzrə imzalanmış müqavilə də aydın şəkildə təsdiq edir".