Kraliçanın nəvəsi nişanlandı VİDEO FOTO


Digərləri 23 Yan 2018 10:36:00 425 0

Kraliçanın nəvəsi nişanlandı  VİDEO  FOTO

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, 27 yaşlı şahzadə Yevgeniya ərə gedir. O, nişanlısı Cek Bruksbenklə ailə quracaq.

Son.az The Guardian-a istinadən bildirir ki, şahzadə Yevgeniya kraliçanın oğlu, York hersoqu şahzadə Endryunun və onun xanımı, York hersoginyası Sara Ferqüssonun kiçik qızıdır.

Şahzadə Yevgeniya Britaniya taxtının varisləri siyahısında 8-ci yeri tutur.

Bukinhem sarayından verilən məlumata görə, şahzadə Yevgeniya və Cek Bruksbenk bu ayın əvvəllərində Nikaraquada nişanlanıblar.

Nikah mərasimi payızda, Vindzor qəsrindəki Müqəddəs Georgi kilsəsində olacaq.

May ayında isə Müqəddəs Georgi kilsəsində şahzadə Harri ilə amerikalı aktrisa Meqan Marklın nikah mərasimi keçiriləcək.

Şahzadə Yevgeniya və Londonda zənginlər arasında populyar olan "Mahiki" gecə klubunun sabiq direktoru Cek Bruksbenk 2010-cu ildə İsveçrədəki Verbye dağ-xizəkçilik kurortunda tanış olublar.

27 yaşlı şahzadə Yevgeniya Nyukasl Universitetinin ingilis dili, ədəbiyyatı və incəsənət tarixi fakültəsini bitirib. Hazırda Londondakı "Hauser & Wirth" müasir sənət qalereyasına rəhbərlik edir.