DİQQƏT! Dövlət qulluğuna qəbulla bağlı TƏKRAR sınaq imtahanı keçiriləcək


Digərləri 23 Yan 2018 10:27:00 209 0

DİQQƏT! Dövlət qulluğuna qəbulla bağlı TƏKRAR sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə sınaq imtahanı (təkrar) keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə sınaq imtahanı (təkrar) keçiriləcək. Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq* imtahanı keçiriləcək. Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 2 fevral tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.