Bakıda ahıl qadını avtomobil vurub


Digərləri 23 Yan 2018 08:58:00 284 0

Bakıda ahıl qadını avtomobil vurub

O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib

Bakının Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədəki bazarın qarşısından yolun əks tərəfinə keçmək istəyən 1954-cü il təvəllüdlü Bayramova Güllü Məhəmməd qızını minik avtomobili vurub. Yaralı dərhal xəstəxanaya çatdırlıb. .

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.