Bakıda 58 yaşlı kişi bıçaqlanıb


Digərləri 23 Yan 2018 08:28:00 228 0

Bakıda 58 yaşlı kişi bıçaqlanıb

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır

Bakıda yaşlı kişi evdə naməlum şəraitdə bıçaqlanıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Səbail rayonu, Qardaşlar küşəsində yerləşən fərdi yaşayış evində baş verib.

1960-ci il təvəllüdlü Əzimov Əli Rəfael oğluna evdə naməlum şəraitdə iki bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinə məlumat verilib.