Naxçıvana səfər edən turistlərin sayı artıb


Digərləri 23 Yan 2018 08:20:00 267 0

Naxçıvana səfər edən turistlərin sayı artıb

Ötən il Naxçıvan Muxtar Respublikasına səfər edən turistlərin sayı artıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, 2017-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə, 413 min 357 turist gəlib. Bu rəqəm 2016-cı ildəki göstəricidən 2,5 faiz və ya 10 min 82 nəfər çoxdur.