Türkiyə ordusundan Afrin üçün yeni cəbhə


Dünya 23 Yan 2018 08:08:00 227 0

Türkiyə ordusundan Afrin üçün yeni cəbhə

Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatının üçüncü günündə yeni bir cəbhə açıldı.

Son.az Trend-ə istinadən bildirir ki, Türkiyə Silahlı Quvvələri, Suriyanın Azez qəsəbəsi üzərindən Afrinə doğru irəlləməyə başladı. İlk hədəf olaraq strateji əhəmiyyətə malik Burseya Dağı ələ keçirildi.

Terrorçuların müəyyən edilən hədəflərinin raket və top atəşinə tutulduğu bildirilir.

Qeyd edək ki, "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə ordusunun quru qoşunları Suriyanın Afrin şəhərində 9 yaşayış məntəqəsini terrorçulardan təmizləyib.