TWIT sözünün hüquqi sahibi Twitteri məhkəməyə verdi


Digərləri 23 Yan 2018 07:42:00 309 0

TWIT sözünün hüquqi sahibi Twitteri məhkəməyə verdi

Videolar üçün This Week in Tech (TWIT) şousunu və platformasını yaratmış Leo Laporte, ticarət nişanının istifadəsi hüququnun pozulması ilə bağlı Twitter sosial şəbəkəsini məhkəməyə verib.

Son.az technote.az-a istinadən bildirir ki, bu barədə Techcrunch saytı xəbər verib. TWIT platforması 2005-ci ildən fəaliyyət göstərir. Twitter-in 2006-cı ildə istifadəyə verilməsindən öncə şirkətin həmtəsisçisi Evan Williams Laporte-yə brenddən birgə istifadəni təklif etmişdi. O güman edirdi ki, TWIT və Twitter sözlərinin oxşarlığından münaqişə yarana bilər. Williams və Laporte hər iki layihənin öz adları altında fəaliyyət göstərməsi barəsində razılığa gəlmişdilər. Belə ki, onlar fərqli növ kontentlərin yayılmasına şərait yaradırlar.

Laporte ilə söhbətində Williams öz layihəsini mətnli mikroblog servisi kimi qələmə vermiş və Twitter brendi altında audio ilə video kontentin işə salınmasını planlaşdırmırdı. 2010-cu ildə isə Williams şirkətdən getdi. Keçən ilin May ayında Twitter orijinal video servisinin anonsunu etmişdi. Bu hadisədən sonra TWIT  platformasının vəkilləri şirkətdən bu barədə açıqlama verməsini tələb etmişdilər. Lakin bu danışıqlar nəticəsiz olmuşdur. İndi isə TWIT Twitter-dən öz brendindən video layihələrdə istifadənin və onlardan vəsait qazanmağın dayandırılmasını tələb edir.