Yeni virus özünü Android tətbiqi kimi aparır


Digərləri 23 Yan 2018 07:33:00 289 0

Yeni virus özünü Android tətbiqi kimi aparır

"Kaspersky Lab."ın təhlükəsizlik üzrə xidməti yeni növ zərərli proqram təminatı aşkar edib. Son.az technote.az-a istinadən bildirir ki, aşkar edilmiş yeni zərərli proqram təminatı Android smartfonu izləmək bacarığına sahibdir. Məlumata əsasən zərərli proqram təminatı Skygofree adlanır və saxta mobil operator saytlarından yüklənmiş tətbiqlər kimi özünü təqdim edir. Zərərli proqram təminatı mobil internetin sürətini artırmağı söz verir. Lakin yüklədikdən sonra istifadəçiyə ciddi ziyan vura bilər. Onların arasında isə aşağıdakılar var:

- Cihazın olduğu yeri təyin etmək və 3-cü şəxslərin sorğusu əsasında səsin yazılması

- Wi-Fi şəbəkəyə qoşulu vəziyyətdə məlumatların yığılması və analizi (yazılan şifrələr və brauzer tarixçəsi)

- Accessibility Services vasitəsilə WhatsApp ismarışlarının oxunması

- Hər dəfə smartfonu blokdan çıxardanda ön kamera vasitəsilə foto çəkilişi