Türkiyə ordusundan Afrin üçün yeni cəbhə


Digərləri 23 Yan 2018 05:59:02 237 0

Türkiyə ordusundan Afrin üçün yeni cəbhə

Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” əməliyyatının üçüncü günündə yeni bir cəbhə açıldı

Bakı. Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” əməliyyatının üçüncü günündə yeni bir cəbhə açıldı. Trend-in Türkiyə KİV-lərinə istinadla verdiyi məlumata görə, Türkiyə Silahlı Quvvələri, Suriyanın Azez qəsəbəsi üzərindən Afrinə doğru irəlləməyə başladı. İlk hədəf olaraq strateji əhəmiyyətə sahib Burseya Dağı ələ keçirildi.