İtaliyada ətrafdakılara atəş açaraq bir neçə nəfəri yaralayan şəxs ölüb - YENİLƏNİB - VİDEO


Dünya 23 Yan 2018 01:58:00 306 0

İtaliyada ətrafdakılara atəş açaraq bir neçə nəfəri yaralayan şəxs ölüb - YENİLƏNİB - VİDEO

Hadisə nəticəsində biri polis əməkdaşı olmaqla dörd nəfər xəsarət alıb

İtaliyanın cənubundakı Bellona şəhərində öz eyvanından ətrafdakılara atəş açan şəxs ölüb.

"Report" xəbər verir ki, bu barədə "ANSA" agentliyi bildirib.

Məlumatda qeyd edilir ki, o, intihar etmək istəyib. Tüfənglə bir nəfərin ölümünə, bir neçə nəfərin yaralanmasına səbəb olmuş şəxs sonda özünə də xəsarət yetirib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Bellona şəhərinin sakini öz eyvanından ətrafdakılara atəş açıb. Hadisə nəticəsində biri polis əməkdaşı olmaqla, dörd nəfər xəsarət alıb.

***22:21

İtaliyanın cənubundakı Bellona şəhərinin sakini öz eyvanından ətrafdakılara atəş açıb.

"Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, bu, insanlar arasında təlaşa yol açıb.

Hadisə nəticəsində biri polis əməkdaşı olmaqla, dörd nəfər xəsarət alıb.

Məlumata görə, tüfənglə silahlanan şəxs əvvəlcə öz həyat yoldaşını qətlə yetirib və mənzildə qurduğu barrikadanın arxasında gizlənib. Onun 14 yaşlı qızı evdən qaçmaqa müvəffəq olub.