Qara donu şıq axşam libasına çevirən DƏB HİYLƏLƏRİ FOTO


Digərləri 22 Yan 2018 23:57:00 457 0

Qara donu şıq axşam libasına çevirən DƏB HİYLƏLƏRİ  FOTO

Dəbdə də kimya, ədəbiyyat və digər ciddi elmlər kimi Nobel mükafatları təqdim olunsaydı, birinci onu Koko Şanel öz balaca qara donuna görə alardı. Klassikaya çevrilmiş qara paltarı əfsanəvi madmazel 91 il əvvəl dəbə gətirib, lakin onun əhəmiyyətini hətta bir əsr sonra da yenidən qiymətləndirmək çətindir. Qara qısa donlar toya və dəvətə gedən qadınları "Görəsən, nə geyimin?" sualından xilas edən universal, hər şeylə uyğunlaşan çox rahat geyimdir. Dəbin şıltaqlıqlarına baxmayaraq qadınlar bütün dövrlərdə bu geyimə müraciət edib. Onlar indi də müasir modapərəstlərin diqqətdən kənarda qalmır.

Yeni il ab-havası maksimum parıltı tələb etsə də, qara paltar bayram üçün əla variant olacaq. Siz bu geyimi nəinki bir dəfə Yeni İl gecəsinə, başqa mühüm tədbirlərə də dəfələrlə istifadə edə bilərsiniz. Onu aksessuarların köməyi ilə həm təmtəraqlı bayram dəstinə, həm də sadə kokteyl paltarına çevirmək olar.

Son.az oxucular üçün qara paltarın ən aktual modellərini və onları düzgün kombin yollarını izah edən on nümunə seçib.

Nağılvari obraz

Bu paltarın özü kifayət qədər bəzədilib, odur ki, ona hansısa parlaq bəzək əşyaları əlavə etməyə dəyməz. Paltarın dekorunu klatçla tamamlamaq olar, həmçinin naxışların rənginə diqqət yetirin: Onlar sizi düzgün istiqamətə yönləndirib uğurlu ayaqqabı, çanta və bəzək əşyaları seçməkdə kömək edəcək.

Seksual obraz

Belə smokinq-paltarla dikdaban ayaqqabılar seksual assosiasiya doğurur. Qızılı klatç başqası ilə tam əvəz edilə bilər. Bununla yanaşı qeyd etmək lazımdır ki, balansın qorunması üçün digər bəzək əşyaları çantayla uzlaşmalıdır. Odur ki, bayrama hazırlaşanda bu kimi vacib detalları əvvəlcədən fikirləşin.

Sevimli obraz

Xəbər verdiyimiz kimi işləmə və tikmələr mövsümün əsas trendlərindən biridir. Onun üzərindəki rənglər sizə kömək edəcək ki, ayaqqabı, çanta və aksessuar seçimi səhvsiz olsun. Lakin həddi keçməyin.

Klassik obraz

Bu qara paltarın V yaxa kəsimi icazə verir ki, ona gözəçarpan boyunbağı əlavə edəsiniz. Üç və ya dörd il əvvəl iri bijuteriyalar öz populyarlığının zirvəsində idi. Təəssüf ki, o, bu mövsümdə əvvəlki kimi aktual deyil, ona görə də çox da böyük olmayan, amma parlaq daşlı boyunbağı seçin. Bəzək əşyaları ilə eyni çalarlarda olan neytral rəngli stiletto ilə klatç obrazın əla tamamlayıcısı olacaq.

Qeyri-adi obraz


Xəbərə aid fotolar