ABŞda senatorlar hökumətin fəaliyyətinin bərpasına dair razılığa gəliblər


Dünya 22 Yan 2018 22:37:12 319 0

ABŞda senatorlar hökumətin fəaliyyətinin bərpasına dair razılığa gəliblər

ABŞ qanunvericiləri immiqrasiya və sərhəd təhlükəsizliyi ilə bağlı fikir ayrılığı səbəbindən dayandırıldıqdan üç gün sonra federal hökumətin işinin bərpasına dair razılığa gəliblər.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Reuters agentliyinə Demokratlar partiyasının Senatdakı lideri Çak Şumer bəyan edib.

"Bu gün hökumətin işinin bərpası üçün səs verəcəyik", deyə Ç.Şumer qeyd edib.