"Afrində dinc sakinlərin hədəfə alınması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil"


Dünya 22 Yan 2018 22:11:00 315 1

"Afrində dinc sakinlərin hədəfə alınması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil"

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində dinc sakinləri hədəfə alması ilə bağlı məlumatlar qara təbliğatdır.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.

"Bu kimi xəbərlər əsassızdır. Biz dinc sakinlərə qarşı maksimal həssaslıqla yanaşırıq. Hədəflərimiz yalnız terrorçular, sığınacaqlar, anbarlar, terrorçuların texnikasıdır", deyə B.Bozdağ qeyd edib.