Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ:


Digərləri 22 Yan 2018 22:17:00 370 1

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ:

Son dövrlər insanlar qulaqcıqdan istifadənin baxımlısına çevriliblər desək, yəqin ki yanılmarıq. Hər gün küçədə, avtobusda, metroda, iş yerində qulaqlarına bu vasitəni taxmış, yüksək səslə musiqi dinləyən şəxslərlə qarşılaşırıq. Ən acınacaqlısı isə bu halın uşaqlar və yeniyetmələr arasında da geniş vüsət almasıdır. Qulaqcıqdan istifadə edən həmin şəxslər ətraf aləmdən təcrid olunmuş kimi görünür, gözlərindəki ifadə isə tamamilə donuq və qeyri-müəyyəndir. Bir anlıq adama elə gəlir ki, səninlə onlar arasında sanki bir uçurum var, ya da sən başqa aləmdə yaşayırsan, onlarınsa öz dünyası var. Üstəlik musiqiyə o qədər yüksək səs verirlər ki, ətrafdakılar da eşidir. Və adamım ağlına dərhal bir sual gəlir - "Bunun qulağı batmır belə yüksək səsdən?".

Kar ola bilərsiniz...

Bəs görəsən qulaqcıqdan istifadənin insan sağlamlığına, psixologiyasına nə kimi mənfi təsiri var? Ümumiyyətlə, qulaqcıqdan istifadə zamanı hansı detallara diqqət etməliyik?

Son.az xəbər verir ki, məsələ ilə bağlı alem.az-a danışan qulaq, burun, boğaz həkimi Cavid İsmayılov bildirdi ki, qulaqcıqda musiqi dinləyənlər diqqətli olmalıdır, çünki onlar kar ola bilərlər: "Silah səsi, ya da bir partlayış nəticəsində ani və qısa müddətli şiddətli səslərdə olduğu kimi, yüksək səslərə də uzun müddətli məruz qalmaq qalıcı eşitmə itkisinə yol açır. Yüksək səsdən sonra qulaqda olan uğultu, cingilti eşitmə sinirində hüceyrələrin zədə gördüyünə bir işarədir. Həmçinin qulaqcıq taxaraq, yüksək səslə musiqi dinlənən bu cihazlar erkən yaşlarda eşitmə itkisi üçün bir risk faktorudur".

Qulaqcıqda səs şiddəti 70 destibel olmalıdır

C.İsmayilov deyir ki, səssiz bir otaqda qulaqcıq ilə musiqi dinlənərkən səs şiddəti əsasən normal qəbul edilə bilər bir səviyyədə, təxminən 70 destibel (db) olmalıdır: "Müqayisə üçün deyim ki, insan danışığı təxminən 40 db, küçə səsləri təxminən 70 db şiddətindədir. Ancaq səs-küylü bir mühitdə ətrafdakı səsləri basdırmaq üçün musiqinin səsi artırıldıqda dinləyicinin qulaqları üçün təhlükə yaranır. Araşdırmalar göstərir ki, 85 db şiddətindəki səslərə 8 saatdan çox məruz qalmaq olmaz. Bu müddətlər 88 db üçün 4 saat, 91 db üçün 2 saat və 100 db üçün 15 dəqiqədir. Səs şiddəti artdıqca dinləmə müddəti azalmalıdır. Qeyd edim ki, musiqi dinləmə cihazlarının səs şiddəti 125 db-ə qədər yüksələ bilir. Bundan əlavə istifadəçilərin dörddə birində yüksək səsdə dinlənən musiqi sonrası eşitmələrində keçici olaraq 5-10 db şiddətində zəiflik müşahidə edilir.

Yüksək səsə daimi məruz qalma qulaqda eşitmə sinirində ciddi problemlər yaradır və bu, geri dönüşümü olmayan eşitmə zəifliyinə gətirib çıxarır. Odur ki, çalışın qulaqcıqdan orta səs səviyyəsində, gündə 1-2 saatdan çox istifadə etməyəsiniz".

Xəstəliyin ilk əlamətləri...