"İşğal altında qalan abidələrimizin taleyi hər birimizə təsir edir"


Digərləri 22 Yan 2018 17:21:00 285 0

"İşğal altında qalan abidələrimizin taleyi hər birimizə təsir edir"

"Bu mədəniyyətin Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmasının səbəbi əvvəla ona görədir ki ümumiyyətlə arxeoloji elmdə belə bir qayda var: bu və ya digər etnik mədəni qrupların yaratdığı mədəniyyət onların ilkin aşkar olunduğu yerin adı ilə adlanır".

Son.az bildirir ki, bunu "Azernews"a müsahibəsində İqtisad Universitetinin Humanitar Fənlər Kafedrasının professoru, Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda eneolit-ilk tunc dövrü şöbəsinin müdiri Hidayət Cəfərov deyib.

O qeyd edib:

"Bu mədəniyyətin ilkin ocaqları 19-cu əsrin 80-90-cı illərində əvvəlcə Xocalıda, eyni zamanda Gədəbəyin mis mədənlərində, Gədəbəy və Galakənd ərtafında tapılan 300yə yaxın qutudan aşkar edilən mallar olmuşdur.

Hər iki ərazidə, yəni Arazın orta xanından başlamış Kürün sağ sahilinin daxil olması şərti ilə düz sınıq körpüyə yəni, Gürcüstanla sərhədimizə qədər və eyni zamanda Qazax, Daşkəsən, Gədəbəy, Laçın, Zəngəzur - bu arada olan tarixi arxeoloji abidələrin həm ozlərinin quruluşundan (yaşayış yerləri, qəbr abidələri, dəfn mərasimi) əldə olunmuş maddi mədəniyyət nümunələri, keramika nümunələri, silah nümunələri, bəzək əşyaları, məişət əşyaları, təsərrufat məqsədli əşyalar və s. yaxın uyğunluq təşkil etdiyinə görə bu mədəniyyət adlanır Xocalı Gədəbəy mədəniyyəti.

Bu mədəniyyət üç lokal qrupa bölünür - Qarabağ qrupu, Gəncə-Qazax qrupu, Qərb qrupu (Gədəbəy, Daşkəsən, Gəndəbur və s.) bunların hər birində özünə məsus bəzi əlamətlər var. Həm keramikada, həm dəfn mərasimində, həm də başqa materiallarda. Bütövlükdə götürəndə isə oxşar cəhətlər daha çoxdur və bu oxşarlıq və uyğunluqlar bizə imkan verir deyək ki bu, həmin geniş ərazidə yaşamış Azərbaycanın qədim etnik mədəni qrupların yaratdığı bir mədəniyyətdir. Mədəniyyət dedikdə həm tarixi, iqtisadiyyatı, təsərrufatı, məişəti, dəfn adətləti, xarici ölkələr ilə əlaqələri və s nəzərdə tutulur.

İşğal altında qalan abidələrimizin taleyi bizim hər birimizə təsir edir və eyni zamanda buna baxmayaraq biz dayanmadan fəaliyyətimizi davam etdiririk. Laçın, Kəlbəcər, Zəngəzur, Ağdamın, Füzülinin, Qubadlının işğal olunmuş əraziləri və s. kimi yerlərdə arxeoloji qazıntı aparmaq mümkün deyil çunki ərazi ermənilərin işğalı altındadır.