"Oğlumun girib Youtubeda bunu görməyini istəmirəm"


Digərləri 22 Yan 2018 17:05:00 289 0

"Oğlumun girib Youtubeda bunu görməyini istəmirəm"

Son günlər adı qayınanası ilə qalmaqalda hallanan müğənni Sevda Sanalıyeva "Hər şey daxil" verilişində qonaq olub.

Son.az xəbər verir ki, xanım qaynanası ilə aralarında yaşanan xoşagəlməz olay və onu məhkəməyə verəcəyi barədə gəzən söz-söhbətə aydınlıq gətirib.

Sevdanın sözügedən açıqlamasını təqdim edirik:

"Mən mətbuat konfransı keçirdim. Məqsədim bu söz-söhbətə nöqtə qoymaq idi. Yenə də danışmaq istəmirəm. Çünki, hər şey göz qabağında oldu. Mən istəmədən göz qabağında oldu amma. Mən illərlə susurdum. Öz içimdə yaşayırdım. Yoldaşımın, uşaqlarımın xatirinə susurdum. İndi gördükləriniz onsuz da həmişə davam edirdi. Sadəcə qapalı şəkildə davam edirdi. İstəməzdim ki, belə şeylərlə gündəmə gəlim. Çünki bugünün sabahı var. Mənim uşaqlarım sabah böyüyəcək. Onların girib Youtube-da belə şeyləri görməyini istəmirəm. Ümumiyyətlə analarının belə şeylərlə gündəmə gəlməyini heç istəməzdim. Çünki oğlum dünyaya gələndən mən bütün danışığımı, hərəkətlərimi dəyişmişəm. Onun istəyə biləcəyi şəkildə mən həyatımı yaşayıram. Sonra da qızım dünyaya gələndən sonra onu fikirləşirəm. Çalışıram ağzımdan artıq bir kəlmə də çıxartmayım. Qaldı bu söz-söhbətə, məhkəməyə verməmişəm. Əlbəttə, istəmərəm məhkəməyə vermək. Mən davakar insan deyiləm". 


Xəbərə aid fotolar