Barama-dan Startuplar üçün uğurlu təqdimat və PR təlimi


Digərləri 22 Yan 2018 16:36:00 230 0

Barama-dan Startuplar üçün uğurlu təqdimat və PR təlimi

Azercell Telekom Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin timsalında startupları inkişaf etdirmək onlara dəstək məqsədilə maarifləndirici təlim sessiyalarını davam etdirir.

Bakı. Azercell Telekom Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin timsalında startupları inkişaf etdirmək onlara dəstək məqsədilə maarifləndirici təlim sessiyalarını davam etdirir. Bu təlimlərdən biri də "Startuplar üçün uğurlu təqdimat və PR" mövzusunda keçirilib. Şirkətdən Trend-ə verilən məlumata görə, ötən ilin noyabr ayından start götürən təlim sessiyasında təlimçi isə Almaniya, Böyük Britaniya və Amerikada media və kommunikasiya sahəsində təhsil və təcrübə proqramlarının iştirakçısı Ellada Mustafayeva olub. İştirakçılar uğurlu təqdimatın hazırlanması, auditoriyanın qiymətləndirilməsi, informasiyanın hazırlanması, idarə olunması və ictimaiyyətə çatdırılması, ictimaiyyətlə əlaqələr üzrə xidmət və mütəxəssislərin funksiyaları, PR-kampaniya və aksiyaların keçirilmə texnologiyası, ictimaiyyətlə əlaqələrdə tədbirlərin formaları, sosial mediada PR, fərdi və korporativ brendinqin formalaşdırılması media əlaqələrinin inkişaf etdirilməsi, sosial mediadan effektiv istifadə kimi mövzularda faydalı və praktik məlumatlar əldə ediblər. Təlimin sonuncu günündə yekun müzakirələr aparılıb və iştirakçılarına təlim kursunu müvəffəqiyyətlə bitirdiklərinə dair sertifikatlar təqdim olunub.