BNA: Bakıda avtobus qəzası nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb


Digərləri 22 Yan 2018 15:52:33 213 0

BNA: Bakıda avtobus qəzası nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb

Bakıda avtobusla minik maşınının toqquşması nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

Bakı. Bakıda avtobusla minik maşınının toqquşması nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, yanvarın 22-də 71 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən ("90 BS 743 DQN") sərnişin avtobusu "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. İlkin məlumata görə, qəza "VAZ 2107" markalı minik avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq avtobusun qarşısında təhlükəli manevrlər etməsi səbəbindən baş verib. Hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.