Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat faydalana bilirsinizmi?


Digərləri 22 Yan 2018 15:31:00 224 0

Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat faydalana bilirsinizmi?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytında (www.mlspp.gov.az) növbəti interaktiv sorğu keçirilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytında (www.mlspp.gov.az) növbəti interaktiv sorğu keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sorğu zamanı respondentlərə “Əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bilirsinizmi?” sualı ünvanlanıb. Sualı ümumilikdə 2717 nəfər cavablandırıb. Onlardan 80 faizi əmək və sosial müdafiə sahəsində e-xidmətlərdən asan və rahat şəkildə faydalana bildiyini qeyd edib. Sorğuda iştirak edənlərin 16 faizi suala “xeyr” cavabını verib. Respondentlərin 4 faizi isə ümumiyyətlə, bu barədə məlumatsız olduğunu vurğulayıb.