Bakıda tapança ilə gəzən "zek" tutuldu FOTO


Digərləri 22 Yan 2018 15:16:00 324 0

Bakıda tapança ilə gəzən "zek" tutuldu  FOTO

Bakıda üzərində silahla gəzən şəxs saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə rayon ərazisində Cəlal adlı şəxsdə silah-sursat olması barədə məlumat daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, Bakı şəhər sakini Cəlal Nürəddin oğlu Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 2 ədəd patron olan "TT" markalı tapança aşkar olunaraq götürülüb.

Qeyd edək ki, C.Əliyev əvvəllər də üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyinə görə məhkum olunub.


Xəbərə aid fotolar