ABŞ Əfqanıstana əlavə 1000 hərbçi göndərəcək


Dünya 22 Yan 2018 15:06:00 295 0

ABŞ Əfqanıstana əlavə 1000 hərbçi göndərəcək

ABŞ bu ilin yazında Əfqanıstana min nəfərlik əlavə hərbi kontingent göndərməyi planlaşdırır.

Son.az APA-ya istinadən xəbər verir ki, bununla da Əfqanıstanda ABŞ hərbçilərinin ümumi sayı 15 min nəfər təşkil edəcək.

Bildirilir ki, ABŞ müdafiə naziri Ceyms Mettis hələlik bu barədə əmr imzalamayıb. Ancaq ABŞ ordusunun hərbi rəhbərliyi bu təşəbbüsü dəstəkləyib. Hazırda Əfqanıstana hansı növ hərbi personalın göndəriləcəyi məsələsi həll olunur.

Məlumata görə, bu təşəbbüs regionda "Taliban" əleyhinə əməliyyatları aktivləşdirməyə yönəlib.