Respublika müsabiqəsinin iştirakçıları müəyyənləşdi


Digərləri 22 Yan 2018 13:17:00 309 0

Respublika müsabiqəsinin iştirakçıları müəyyənləşdi

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb.

Bakı. “Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb. Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeydiyyatın nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 129 şagirdi 92 layihə ilə müsabiqəyə qatılmaq üçün www.sabahinalimleri.edu.az internet səhifəsində onlayn formada qeydiyyatdan keçib. Elmi Ekspertiza Komitəsinin qərarına əsasən, onlardan 37 layihənin müəllifi olan 59 məktəbli müsabiqədə iştirak etmək hüququ qazanıb. Respublikanın digər ümumi təhsil məktəbləri üzrə isə 399 şagird 244 layihə ilə qeydiyyatdan keçib. Onlardan 113 layihə müəllifi olan 200 məktəbli müsabiqəyə buraxılıb. Qeyd edək ki, təhsil nazirinin əmrinə əsasən, müsabiqə 14-16 fevral tarixlərində təşkil olunacaq.