ƏƏSMN-in 2018-ci il üzrə İş planı təsdiq edilib


Digərləri 22 Yan 2018 11:09:32 226 0

ƏƏSMN-in 2018-ci il üzrə İş planı təsdiq edilib

Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2018-ci il üzrə İş planı təsdiq edilib.

Bakı. Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 2018-ci il üzrə İş planı təsdiq edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı ƏƏSMN-in 2018-ci il üçün İş planı təsdiq edilib. Açıq Hökumətin təşviqində elektron texnologiyaların imkanlarından geniş istifadə şəraitində fəaliyyət sahələri üzrə xidmətlərin müasirləşdirlərək şəffaf müstəvidə təşkili xüsusi önəm kəsb edir. Son illərdə ƏƏSMN tərəfindən bu istiqamətdə ardıcıl işlər aparılaraq, fəaliyyət sektorları üzrə böyük sosial tələbə malik 30-a yaxın e-xidmətin hazırlanaraq əhalinin istifadəsinə verilib, müvafiq sahələr üzrə dövlət xidmətlərinin şəffaflaşdırılması təmin edilib.