Təhsil Nazirliyi məktəblilərin qış tətili ilə bağlı: Fevralın 1-dən dərslər başlayır (ÖZƏL)


Digərləri 22 Yan 2018 09:55:00 239 0

Təhsil Nazirliyi məktəblilərin qış tətili ilə bağlı: Fevralın 1-dən dərslər başlayır (ÖZƏL)

Bu həftənin şənbə günündən orta məktəblərdə şagirdlərin qış tətili başlayır.

Bakı. İlhamə İsabalayeva – Bu həftənin şənbə günündən orta məktəblərdə şagirdlərin qış tətili başlayır. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özəl olaraq Trend-ə bildirib ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərində, yəni 5 gün olacaq. Fevralın 1-də artıq şagirdlər dərsdə iştirak etməlidirlər.