Nazirlik: Türkiyə SQ-nin Suriyadakı əməliyyatı ölkə iqtisadiyyatına təsir etməyəcək (ÖZƏL)


Digərləri 22 Yan 2018 09:38:00 188 0

Nazirlik: Türkiyə SQ-nin Suriyadakı əməliyyatı ölkə iqtisadiyyatına təsir etməyəcək (ÖZƏL)

"Zeytun budağı" hərbi əməliyyatı Türkiyə iqtisadiyyatına təsir göstərməyəcək.

Bakı. Rufiz Hafizoğlu - Suriyanın Afrin şəhərində PYD ("Demokratik ittifaq") və YPG (PKK-nın Suriya qanadı) terrorçularına qarşı aparılan "Zeytun budağı" hərbi əməliyyatı Türkiyə iqtisadiyyatına təsir göstərməyəcək. Bu barədə Trend-in sorğusuna cavab olaraq Türkiyə İqtisadiyyat Nazirliyindən bildirilib. Qeyd olunub ki, Türkiyə iqtisadiyyatının möhkəm əsası var: "Bundan başqa, "Zeytun budağı" əməliyyatı tez bir zamanda uğurla başa çatacaq".